19 C
Baku
Sunday, May 19, 2024

Bu il əlillik təyin olunan şəxslərin sayı açıqlanıb

Bu ilin yanvar-aprel ayları ərzində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 15,1 min şəxsə əlillik təyin edilib.

Nazirlikdən verilən xəbərə görə, onlardan 7.3 mininə ilkin, 7.8 mininə təkrar əlillik təyinatı aparılıb.

Əlillik təyinatından sonra e-sistem üzərindən həmin şəxslərə əlilliyə görə proaktiv qaydada sosial ödənişlər (pensiya, müavinət, təqaüd) təyin olunub.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər