Bu ilin yanvar-noyabr aylarında Azərbaycan xaricdən 14 milyon 461 min ABŞ dolları dəyərində süd idxal edib.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, idxal olunan südün həcmi 9 001.98 ton təşkil edib. Cari ildə idxal olunmuş südün miqdarı ötən ilin müvafiq dövrü ilə müqayisədə 970 ton çoxdur.
Belə ki, ötən ilin ilk 11 ayı ərzində Azərbaycana dəyəri 13 milyon 28 min ABŞ dolları dəyərində 8 031.09 ton süd idxal olunub.
Qeyd edək ki, bu ilin yanvar-noyabr ayları ərzində süd idxalı Azərbaycanın ümumi idxalının 0.15%-nə bərabər olub.