13 C
Baku
Friday, April 26, 2024

Bu il Azərbaycanda 176 ədəd minik avtomobili istehsal olunub

 2019-cu ilin yanvar-fevral aylarının statistikasına əsasən, maşın və avadanlıqların, sair nəqliyyat vasitələrinin,
avtomobil, qoşqu və yarımqoşquların istehsalı sahələrində 34,5 milyon manatlıq məhsul istehsal edilmiş, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 3,0 dəfə, maşın və avadanlıqların istehsalı 80,8 faiz artmış, sair nəqliyyat vasitələrinin istehsalı isə 4,5 faiz azalmışdır.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinad edir.

Dövr ərzində 288 ədəd traktor, 176 ədəd minik avtomobili istehsal olunmuş, fəvvarə armaturunun istehsalı 48,5 faiz, ştanqlı quyu nasoslarının istehsalı 32,4 faiz artmışdır.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər