27 C
Baku
Saturday, June 29, 2024

Bu il “Abşeron” yatağından 1.5 mlrd. kubmetr qaz hasil olunacağı gözlənilir

Bu il Xəzərin Azərbaycan sektorunda yerləşən “Abşeron” yatağından 1.5 mlrd. kubmetr qaz hasil olunacağı gözlənilir.

Bu məlumat Bakı Enerji Həftəsi çərçivəsində “Caspian Oil&Gaz” neft-qaz sərgisində SOCAR tərəfindən təqdim olunub.

Məlumata görə, 2024-cü ildə “Abşeron” yatağından 523 min ton qaz kondensatın hasil ediləcəyi gözlənilir.

Qeyd olunur ki, yataqda hasilata başlanılandan (iyul, 2023) 01.05.2024-ə qədər 1.2 mlrd. kubmetr qaz və 484 min ton kondensat hasil olunub.

“Abşeron” qaz-kondensat yatağı Cənubi Xəzər neftli-qazlı hövzəsinin Abşeron arxipelaqında, Bakı şəhərindən 85-100 km şərqə doğru dənizin təxminən 350-550 metr dərinliyində yerləşir. İlkin hesablamalara görə, “Abşeron” yatağının karbohidrogen ehtiyatları 350 milyard m³ qaz və 45 milyon ton kondensat təşkil edir. Yatağın işlənilməsini SOCAR və TOTAL-ın birgə operatoru olan “JOCAP” şirkəti həyata keçirir.

04.08.2023-cü il tarixində “Abşeron” layihəsinə daha bir səhmdar – Abu Dabi Milli Neft Şirkəti (ADNOC) daxil oldu və beləliklə, SOCAR və “TotalEnergies” şirkətləri hərəsi 35%, ADNOC isə 30% səhmə malik olmaqla səhmdarların yeni pay bölgüsü formalaşdı.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər