2021-ci ilin yanvar ayında Azərbaycandan Avropa İttifaqı ölkələrinə ixracın dəyəri 991 milyon 711 min ABŞ dolları təşkil edib.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bəhs olunan dövrdə Azərbaycanın ən çox ixrac həyata keçirdiyi ölkə İtaliya olub.
Belə ki, Avropa İttifaqı dövlətləri üzrə bu il ixracın dəyəri keçən ilin analoji dövrü ilə müqayisədə 35.6% azalma deməkdir.Belə ki, 2020-ci ilin yanvar ayında Aİ dövlətlərinə ixracın dəyəri 1 milyard 540 milyon 302 min ABŞ dolları təşkil edib.
İlk ayda ixracda əsas ölkələrin siyahısında ilk sırada İtaliya, Yunanıstan və Xorvatiya qərarlaşıb. İtaliyaya ixracın dəyəri 722 milyon 544 min ABŞ dolları, İspaniya 138 milyon 565 min dollar, Xorvatiya 61 milyon 851 min ABŞ dolları olub.
Bu il Azərbaycandan ən az ixrac edən Aİ ölkələri isə Danimarka (0.76 min dollar), Belçika (13.74 min dollar) və Macarıstandır (16.57 min dollar).