2024-cü ilin yanvar-oktyabr ayları ərzində AKİA tərəfindən aqrar sektorda fəaliyyət göstərən 3360 fiziki və hüquqi şəxsə 63.4 milyon manat məbləğində güzəştli kredit verilib.
Kənd Təsərrüfatı Nazirliyindən Banker.az-a verilən məlumata görə, 10 ay ərzində güzəştli şərtlərlə verilmiş kreditin 48.3 milyon manatı texnika və avadanlıq təyinatlı kreditlər, 1 milyon manatı güzəştli kreditlər, 14.1 milyon manatı isə mikrokreditlərdir.
AKİA həmçinin kənd təsərrüfatı texnikası və avadanlıqlarının, eyni zamanda damazlıq heyvanların alınması fermerlərə güzəşt vəsaiti ayırır.
2024-cü ilin yanvar-oktyabr ayları ərzində Aqrar Kredit və İnkişaf Agentliyi tərəfindən 5208 baş damazlıq heyvanın (4410 baş iribuynuzlu, 798 baş xırdabuynuzlu) alışı üçün 15.2 milyon manat, habelə güzəşt vəsaiti ayrılıb.