9 C
Baku
Friday, December 13, 2024

Bu il Azərbaycan bankları dollar mübadiləsi üzrə gəlir marjasını artırıblar

2023-cü ilin ilk üç rübündə Azərbaycan bankları ABŞ dollarını orta statistik olaraq 1.6946 manatdan alıb, 1.7021 manata satıb.

Banker.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının “Pul Siyasəti İcmalı”na istinadən xəbər verir.

Banklar hər 100 dolların alqı-satqısından 75 qəpik gəlir əldə edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 47.1 % çoxdur. Hazırda rəsmi məzənnə 1 dollar 1.70 manatdır.

Ötn ilin eyni dövründə banklar dolları 1.6972 manatdan alıb, 1.7023 manata satıb, bununla da, hər 100 dolların alqı-satqısından 51 qəpik gəlir əldə edib.

Son xəbərlər
Digər xəbərlər