32 C
Baku
Monday, June 17, 2024

Bu il Azərbaycana günəş eynəklərinin idxalında azalma müşahidə olunub

Bu ilin yanvar-sentyabr ayları ərzində Azərbaycan 1,075 mln. ABŞ dolları dəyərində 1 milyon 146 min 506 ədəd günəş eynəyi idxal edib.

Banker.az bu barədə Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə dəyər ifadəsində 29,7%, miqdar ifadəsində isə 34,4% azdır.

2020-ci ilin yanvar-sentyabr aylarında Azərbaycana günəş eynəklərinin əsas tədarükçüsü Çin olub. Hesabat dövründə, Çindən Azərbaycana 805,53 min dollarlıq 1 milyon 122 min 794 ədəd günəş eynəyi gətirilib ki, bu da illik müqayisədə dəyər ifadəsində 21%, miqdar ifadəsində isə 35,1% azdır.

Son xəbərlər
 ⁠
Digər xəbərlər