Bu ilin yanvar-aprel ayları ərzində Azərbaycanda istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı təmin olunmuş müraciətlər üzrə 110 085 manat vəsait istehlakçılara geri qaytarılıb.
Bunu İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli özünün tviter hesabında yazıb.
Onun sözlərinə görə, Dövlət Xidməti istehlakçıların 884 müraciətini təmin edib.
M.Abbasbəyli qeyd edib ki, bu dövrdə 15 205 manat məbləğində dəymiş ziyan ödənilib.