Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 61.3 milyon manat güzəştli kredit verib.
Bunu Fondun sədrinin müşaviri Namiq Zeynalov deyib.
Onun sözlərinə, bu vəsait 1 684 layihə üzrə ödənilib: “Layihələrin reallaşdırılması nəticəsində 963 yeni iş yerinin yaradılması nəzərdə tutulur”.
N. Zeynalov, 2023-cü ildə SİF tərəfindən ümumi dəyəri 459.9 milyon manat olan 3 276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193.8 milyon manat güzəştli kreditin verildiyini bildirib. Bu kreditlər hesabına 3 000-dən çox yeni iş yerinin açılması üçün imkanı yaranıb. Verilmiş kreditlərin 46.4%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 43%-i sənaye məhsullarının istehsalı və emalı, 5.5%-i xidmət sahələri, 4.5%-i turizmin inkişafı layihələrinə yönəldilib. Güzəştli kreditlərin 72%-i regionların, 28%-i isə Bakı şəhəri və Abşeron iqtisadi rayonunun payına düşür.