9 C
Baku
Thursday, December 12, 2024

Bu il Azərbaycanda turizmin bərpa prosesi yekunlaşa bilər

Ümid edirik ki, 2024-cü ildə Azərbaycanda turizm sektorunda 2019-cu ilin rəqəmlərinə çatacağıq və turizmin bərpa prosesi yekunlaşacaq.

Bunu jurnalistlərə açıqlamasında Dövlət Turizm Agentliyinin Aparat rəhbəri Kənan Qasımov deyib.

O, qeyd edib ki, bütün hallarda əsas məqsəd turist sayının artmasıdır:

“Buna görə müxtəlif layihələr həyata keçirməliyik. Azərbaycanda turizmlə bağlı ən böyük çətinliklərdən biri olan mövsümiliyin aradan qaldırılması və yeni turizm məhsullarının yaradılması istiqamətində ciddi işlər həyata keçirilir. Tibbi turizm üzrə ölkəmizdə böyük potensial var. Eyni zamanda Azərbaycanda tədbir turizminin inkişafı ilə bağlı layihələr tətbiq edilir. Bunlarla bərabər turizmə investisiyaların təşviq edilməsi və ölkəyə gətirilən turistlərə münasibətdə subsidiya mexanizmlərinin işlənib hazırlanması, ölkəyə digər şəhərlərdən uçuşların artırılması və xidmətin əlçatanlığının təmin edilməsi istiqamətində ciddi addımlar atılır”.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər