2020-ci ilin yanvar-avqust aylarında Azərbaycana ən çox məhsul idxal edən ölkələrin adları məlum olub.
Banker.az Dövlət Gömrük Komitəsinə istinadən bildirir ki, bəhs olunan dövrdə Azərbaycana ən çox məhsul Rusiyadan idxal edilib.
8 ayda idxalda əsas ölkələrin siyahısında ilk sırada Rusiyadan sonra Türkiyə və Çin qərarlaşıb. Rusiyadan idxalın dəyəri 1 milyard 249,4 milyon ABŞ dolları, Türkiyədən 983,9 milyon ABŞ dolları, Çindən isə 888,6 milyon ABŞ dolları olub.