2021-ci ilin yanvar-mart aylarında qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 17 faiz, real ifadədə 3.7 faiz artaraq 501.5 milyon dollar təşkil edib.
Banker.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Qeyri neft-qaz məhsulları üzrə ixracın dəyərində Türkiyəyə (32.5 faiz), Rusiyaya (25.9 faiz), İsveçrəyə (8.9 faiz), Gürcüstana (7.6 faiz), ABŞ-a (3.7 faiz), Çinə (2.3 faiz), Belçikaya (1.8 faiz), Türkmənistana (1.6 faiz), Ukraynaya (1.5 faiz), Almaniyaya (1.3 faiz), İtaliyaya (1.3 faiz), İrana (1.1 faiz), Qazaxıstana (1 faiz) göndərilmiş malların payı üstünlük təşkil edib.