Bu ilin oktyabr ayında Azərbaycandan Gürcüstana 5,33 milyon ABŞ dolları məbləğində pul köçürmələri həyata keçirilib.
Banker.az bu barədə Gürcüstan Milli Bankının aylıq hesabatına istinadən xəbər verir ki, bu, ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.
Bülə ki, Azərbaycanın ötən ay Gürcüstana xarici ölkələrdən daxil olan pullarda payı 2,9% təşkil edib.
Hesabat ayında Gürcüstandan Azərbaycana isə 1,5 milyon dollar pul göndərilib ki, bu da illik müqayisədə təxminən 15%çoxdur.