10 C
Baku
Wednesday, December 11, 2024

Bu il Azərbaycandan Rusiyaya alma ixracının iki dəfədən çox artırılması planlaşdırılır

İxracına müvəqqəti məhdudiyyət qoyulmuş alma məhsullarının ixracının təmin edilməsi ilə bağlı görülmüş tədbirlər nəticəsində Rusiya tərəfindən 70 müəssisənin alma ixracına icazə verilib. Müvafiq müəssisələrin 2021-ci ildə ixrac proqnozu 153,397 ton təşkil edir ki, bu da 2020-ci ildə Rusiyaya ixrac olunan almanın 229 %-ni təşkil edir.

Bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli 2021-ci ilin 9 ayı ərzində agentliyin fəaliyyətinə dair mətbuat konfransında deyib.

Q.Təhməzlinin sözlərinə görə, ötən dövr ərzində Rusiyaya pomidor və alma ixracına müvəqqəti məhdudiyyətin aradan qaldırılması ilə əlaqədar ölkədə aktiv istixana fəaliyyəti ilə məşğul olan 309 təsərrüfat barədə məlumatlar müqabil tərəfə təqdim edilib və 110 təsərrüfatda birgə videomonitorinqlər keçirilib.

Sədr bildirib ki, 2021-ci ilin 18-28 may tarixində isə Rusiya Federasiyasının nümayəndə heyəti ölkəmizə səfər etmiş, bir sıra rayonlarda pomidor istehsal edən 40-dan çox istixanada Agentliyin mütəxəssisləri ilə birgə monitorinq keçirib: “Təqdim edilən məlumatlar və birgə videomonitorinqlər nəticəsində ötən dövr ərzində 187 müəssisənin pomidor ixracına icazə verilib. İxracına icazə verilən 187 müəssisənin 2021-ci il üzrə ixrac proqnozu 338,699 ton təşkil edir ki, bu da 2020-ci ildə ixrac olunmuş məhsulun 184,5 %-ni təşkil edir”.

MənbəTrend
Son xəbərlər
Digər xəbərlər