10 C
Baku
Wednesday, December 11, 2024

Bu il çiyələk sahələrində bol məhsul yetişdirilib

Sabirabadlı fermerlər çiyələk sahələrində bol məhsul yetişdiriblər. Hazırda çiyələk yığımı aparılır.

Sabirabadın Həşimxanlı kəndindən olan fermer Niyaməddin Minaxanov da neçə illərdir çiyələk yetişdirməklə məşğuldur. Uzun illərdir “Viktoriya” sortundan olan çiyələk əkdiklərini vurğulayan fermer deyib: “Viktoriya” çiyələk sortunu qoruyub saxlamağa çalışırıq. Bu məqsədlə çiyələk əkini sahələrinin növbəli qaydada yerini dəyişirik, eyni zamanda, 1 illik kollardan toxumlar götürərək yenidən əkin üçün istifadə edirik”.

Hazırda 30 sot sahədə çiyələk becərən təsərrüfat sahibinin sözlərinə görə, 50 sot sahədən 7-8 ton məhsul yığmaq olur. Qiymətlər isə 1 kiloqrama görə 1,8 və 2,5 manat arasında dəyişir ki, bu göstərici də fermerləri qane edir.

Uzun illərdir ki, çiyələk əkini ilə məşğul olan digər fermer isə kənd sakini Balaş Bahadurovdur. O da məhsulun bol olduğunu vurğulayıb. Bildirib ki, hazırda sahələrdə digər sort çiyələklər də əkilir.

Hazırda 20 günə yaxındır sahələrdə yetişən çiyələklər yığılır. Toplanan məhsul əsasən yerli bazara çıxarılır.

MənbəAzərtac
Son xəbərlər
Digər xəbərlər