26 C
Baku
Friday, April 19, 2024

Bu il də Azərbaycanda “Formula 1” yarışı keçirilməyə bilər

“Formula 1” üzrə builki Azərbaycan Qran-prisi də baş tutmaya bilər.

“Auto Motor und Sport” nəşri xəbər verir ki, trası qurmaq və şəhəri yarışa hazırlamaq üçün ən azı 7 həftə lazımdır. Şəhər trasını qurmaq üçün ölkəyə xaricdən işçilər gəlməlidir. Lakin səyahət məhdudiyyətləri və ya karantinlə bağlı öhdəliklər işləri çətinləşdirir.

Azərbaycandakı yarışdan başqa Monako və Kanada Qran-prilərinin də taleyi bəlli deyil. Monako mərhələsi mayın 23-də olmalıdır. Yekun qərarın fevralın sonlarında veriləcəyi gözlənilir. Bu üç Qran-pridən birinin ləğvi Türkiyədə “Formula 1” yarışının keçirilməsi üçün zəmin yarada bilər.

Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin (BŞH) İctimaiyyətlə əlaqələr üzrə meneceri Gülnaz Quliyeva “Report”a açıqlamasında onlarda belə rəsmi məlumatın olmadığını bildirib. Bununla yanaşı o, əlavə edib ki, yarışla bağlı hazırlığa başlanılmayıb. Quliyevanın sözlərinə görə, hazırlıq işlərinə karantindən sonra start veriləcək: “Formula-1″ təqvimi açıqlayıb və elan olunub ki, Azərbaycan Qran-prisinin keçirilməsi planlaşdırılır”.

Qeyd edək ki, Azərbaycan Qran-prisi 4 – 6 iyunda gerçəkləşməlidir. Kanadadakı yarış isə 11-13 iyuna təyin edilib. 2020-ci ildə Azərbaycandakı yarış koronavirusa görə ləğv edilib.

MənbəReport
Son xəbərlər
Digər xəbərlər