2022-ci ilin 8 ayı ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fəaliyyət istiqamətləri üzrə 183 872 elektron arayış alınıb.
DSMF-dən Banker.az-a verilən məlumata əsasən, bu arayışların 26 679-u pensiya, 138 821-i müavinət və təqaüd, 9 995-i fərdi şəxsi hesab, 2 261-i ünvanlı dövlət sosial yardımı, 1 590-ı torpaq pay mülkiyyətçisi, 2 130-u sosial sığorta şəhadətnamə nömrəsi, 588-i şəhid ailəsi üzvü, 580-i ünvanlı dövlət sosial yardımı ödənişləri, 802-si sağlamlıq imkanları məhdud uşaqlara qulluq, 350-si əlilliyi olan şəxslərə qulluq, 76-sı Milli Qəhrəmanın ailə üzvü ilə bağlı olub.