2 C
Baku
Saturday, December 14, 2024

“Bu il hədəfimiz sahibkarlara 200 mln. manat güzəştli kredit verməkdir” – SİF

Bu il sahibkarlara verilən güzəştli kreditlərlə bağlı minimum hədəf ötən ilki nəticələri təkrarlamaqdır.

Bunu İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondunun İdarə Heyətinin sədri Osman Xalıyev deyib.

“Geniş aspektdə isə bu il sahibkarlara 200 milyon manat civarında güzəştli kreditin verilməsi hədəflənir”, – deyə O.Xalıyev əlavə edib.

O qeyd edib ki, güzəştli kreditlər sosial-iqtisadi inkişafın prioritet istiqamətləri üzrə verilir:

“Cari ildə bu istiqamətlərə qeyri-neft sektorunda sənaye istehsalı və emalı, o cümlədən aqrar emal, kənd təsərrüfatı və anbar kompleksləri, logistika xidməti, akvakultura, yaşıl və innovasiya yönümlü, eləcə də KİV-lərin inkişafı üzrə layihələrin dəstəklənməsi daxildir. Regionlarda təhsil, turizm sahələri, Naxçıvan MR-da və işğaldan azad edilmiş ərazilərdə isə xidmət sektorları da prioritet sahələr sırasındadır”.

Qeyd edək ki, ötən il Azərbaycanda ümumi dəyəri 459,9 milyon manat olan 3 276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kredit ayrılıb.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər