Bu il Gəncədəki Azərbaycan Texnologiyalar Universiteti və Azərbaycan Texniki Universitetinin yataqxanalarının tikintisinə başlanıla bilər.
Bunu Təhsilin İnkişafı Fondu İdarə Heyətinin sədri Elnur Nəsibov qurumun üç illik hesabat tədbirində çıxışı zamanı deyib.
O bildirib ki, tələbə yataqxanalarının tikintisi zəruri məsələlərdəndir:
“Özəl sektoru bu işə cəlb edərək tələbələrin yataqxanalarda qalma şəraitin yaxşılaşdırılması üçün çalışırıq. Hazırda yataqxana problemi olan bir neçə ali təhsil müəssisəsi ilə danışıqlar aparılır”.