24 C
Baku
Monday, April 29, 2024

“Bu il maliyyə hesabatlarındakı təhriflərin məbləği ₼290 mln.-u ötüb”

Bu ilin yanvar-avqust aylarında Azərbaycan Hesablama Palatası tərəfindən aparılmış maliyyə hesabatlarının auditi üzrə aşkar edilmiş təhriflərin məbləği 290 milyon manatdan çox olub.

Bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfransda deyib.

Onun sözlərinə görə, dövlət maliyyəsinin hesabatlılığının yaxşılaşdırılmasına xidmət edən addımlardan biri kimi maliyyə hesabatlarının auditi üzrə müəyyən edilmiş təhriflərdə düzəlişlərin aparılması hesab oluna bilər: “2021-2022-ci illərə dair nəticələrin təhlili göstərir ki, 1 milyard manatdan çox əhəmiyyətli təhrif məbləğinin əsas hissəsi üzrə müvafiq mühasibat yazılışları verilməklə düzəlişlər olunub. Təhlillərimiz müəyyən olunan təhriflərin əksər hallarda qurumlar tərəfindən beynəlxalq maliyyə hesabatları çərçivəsinin tam mənimsənilməməsindən irəli gəldiyini göstərir”, – deyə Palata sədri qeyd edib.

MənbəReport
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər