Bu il Naxçıvanda 1 455 POS-terminal istifadəyə verilib

Naxçıvanda bu il bank və bank olmayan kredit təşkilatları tərəfindən 85 milyon 315 min manat dəyərində kredit qoyuluşu icra olunub.

Banker.az xəbər verir ki, bu kreditlərin 73 milyon 30 min manatı uzunmüddətli, 12 milyon 285 min manatı isə qısamüddətli kreditlər olub.

2021-ci il may ayının sonu tarixə banklarda açılmış hesabların sayı 95 027 olub ki, bunun da 90 faizə yaxını aktiv hesablardır. 1 iyun 2021-ci il tarixə qədər muxtar respublikada istifadəyə verilmiş POS-terminalların sayı 1455 ədəd olmuşdur.


Kredit müraciəti

Sizin müraciətiniz banka göndərildi.