9 C
Baku
Sunday, November 17, 2024

“Bu il ölkə üzrə 100% genişzolaqlı internet təminatı həll ediləcək”

Bu ilin sonuna ölkə üzrə 100% genişzolaqlı internet təminatı məsələsi öz həllini tapacaq.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Samir Məmmədov deyib.

“Artıq bugünkü rəqəmlər təxminən 80%-ə yaxındır. Əksər bölgələrimizdə artıq fibrooptik internet xətləri mövcuddur. 100 % deyəndə biz bunun 95 %-ni fiberoptik xətlərlə icra etməyi nəzərdə tuturuq. Bəzi ucqar kəndlərimizdə isə simsiz şəbəkə vasitəsilə interneti təmin edəcəyik. Amma ortalama 35 meqabit internet sürətindən söhbət gedir. Burda kifayət qədər yüksək sürətli internet deməkdir”, – deyə nazir müavini bildirib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər