21 C
Baku
Monday, April 29, 2024

Bu il ölkə üzrə sığorta haqlarının məbləği ₼1 milyardı keçəcək

Azərbaycan Mərkəzi Bankı (AMB) bu ilin yekununda ölkə üzrə sığorta haqlarının məbləğinin 1.2-1.3 milyard manat olacağını proqnozlaşdırır.

Bunu AMB-nin Baş direktoru Ziya Əliyev Bakıda keçirilən “Sığorta mübahisələrinin uğurlu həll yolları” mövzusunda Elmi-Praktik Konfransda bildirib.

Xatırladaq ki, 2022-ci ildə Azərbaycandakı 20 sığorta şirkətinin xətti ilə təxminən 1 milyard manat sığorta haqqı toplanılıb.

“2019-cu ildə Azərbaycanda 650 milyon manat sığorta haqqı toplanılmışdı. 2023-cü ildə bu rəqəmin 1.2-1.3 milyard manat olması o deməkdir ki, son 4 il ərzində sığorta bazarı təxminən 2 dəfə böyümüş olacaq”, – deyə AMB rəsmisi əlavə edib.

MənbəReport
Son xəbərlər
 ⁠
Digər xəbərlər