2020-ci ilin yanvar-oktyabr ayları ərzində Azərbaycanın ölkələrə ixracı 12 milyard 234 milyon 24 min dollar təşkil edib. Ötən ilin eyni dövründə isə Azərbaycanın ixracı 16 milyard 821 milyon 559 min dollar olub ki, bu da illik müqayisədə ixracın 2 milyard 293 milyon 748 min dollar və yaxud 27.3% azalması deməkdir.
Banker.az Dövlət Gömrük Komitəsinin 2020-ci ilin ilk 10 ayı ərzində olan statistikasına istinadən Azərbaycana ən çox valyuta gətirən kənd təsərrüfatı məhsullarını araşdırdı.
Cari ilin yanvar-oktyabr aylarında Azərbaycana daha çox valyuta qazandıran məhsullardan birinci yerdə pomidordur. Pomidor ilk 10 ayda 173 milyon 19 min dollar gəlir gətirib. İkinci yerdə fındıq dayanır ki, bu məhsuldan Azərbaycana 86 milyon 623 min dollar valyuta daxil olub. Üçüncü yerdə olan xurmadan isə 35 milyon 374 min dollar valyuta əldə edilib.
Digər yerlərdə isə müvafiq olaraq 21 milyon 201 min dollar və 16 milyon 816 min dollar olmaqla alma və şəkər ölkəyə valyuta gətirib.