Bu gün Azərbaycana 3 milyonuncu turist gəlib.
Bunu Azərbaycan Turizm Agentliyinin Mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə deyib.
K.Quluzadə bildirib ki, bu il ölkəyə gələn turistlərin sayının 3 mln-u ötməsi gözlənilir.
Xatırladaq ki, bu il Azərbaycana gələn turistlərin sayı ötən illə müqayisədə 11,1 faiz artıb. İlk beşlikdə ənənəvi olaraq Rusiya, Gürcüstan, Türkiyə, İran və Səudiyyə Ərəbistanı vətəndaşlarıdır. Avropa, Mərkəzi və Cənubi Asiya istiqamətindən, Yaxın Şərq bazarından müəyyən ölkələrdən azalma var.
©Report