“İxrac İcmalı”nda həm də xidmət ixracına yer ayrılıb.
2021-ci ilin yanvar-fevral aylarında “Azərkosmos” ASC tərəfindən dünyanın 23 ölkəsinə 8.5 milyon ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.
“Azərkosmos” ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 90 faizini təşkil edib. 2021-ci ilin fevral ayında isə “Azərkosmos” ASC dünyanın 21 ölkəsinə 6,5 milyon ABŞ dolları dəyərində xidmət ixrac edib.
2021-ci ilin yanvar-fevral ayları ərzində daxil olan ixrac sifarişlərinin ilk beşliyində isə ABŞ, Birləşmiş Krallıq, Fransa, BƏƏ və Pakistan qərarlaşıb.