8 C
Baku
Thursday, December 12, 2024

Bu il Rusiya Çinin ən böyük neft tədarükçüsünə çevrilib

2023-cü ilin ilk iki ayında Rusiya Çinə xam neft satışını dörddəbir artırıb və Səudiyyə Ərəbistanını geridə qoyaraq Çinin ən böyük neft tədarükçüsü olub.

Bu barədə “Reuters” məlumat yayıb.

Çinin Baş Gömrük İdarəsi bildirib ki, yanvar-fevral aylarında Rusiyadan neft idxalı sutkada, demək olar ki, 2 milyon barrelə yüksəlib, tədarük olunan xammalın ümumi həcmi isə 15,7 milyon tona çatıb. Bu göstərici ötənilki analoji dövrlə müqayisədə 23,8 % çoxdur.

Öz növbəsində Səudiyyə Ərəbistanı iki ayda 13,92 milyon ton neft satıb ki, bu da gündə təxminən 1,7 milyon barrel deməkdir.

Qeyd olunub ki, ötən il Səudiyyə Ərəbistanı 87,5 milyon ton, Rusiya isə 86,2 milyon ton xam neft tədarük edib.

Son xəbərlər
Digər xəbərlər