13 C
Baku
Friday, April 19, 2024

Bu ilin 3 ayı üzrə Azərbaycanın xarici dövlət borcu açıqlanıb

2018-ci il 1 aprel tarixinə beynəlxalq maliyyə-bank qurumları və digər kredit təşkilatları ilə 14,2 mlrd. dollar kredit sazişləri imzalanıb.

Bu barədə 2018-ci il 1 aprel tarixinə Azərbaycan Respublikasının dövlət borcları və dövlət zəmanəti ilə digər öhdəliklərinə dair məlumatda öz əksini tapıb.

Bu sazişlər əsasında istifadə olunmuş kreditlər üzrə Azərbaycanın xarici dövlət borcunun ümumi məbləği borclu təşkilatların təqdim etdiyi məlumatlara əsasən 9,6 mlrd. dollar olub.

İmzalanmış sazişlər üzrə istifadə edilmiş kreditlərə görə, xarici dövlət borcu Ümumi Daxili Məhsulun 22,0%-ni təşkil edib, adambaşına düşən xarici dövlət borcu isə 972,4 dollar olub.

Cari ilin 1 aprel tarixinə görə, xarici borc üzrə alınan kreditlərin valyuta tərkibi aşağıdakı kimi olub:

– XBH (Beynəlxalq Valyuta Fondunun Xüsusi Borcalma Hüquqları) – 6,0%

– Valyutalar üzrə isə dollar ilə – 81,0%

– Avro – 9,4%

– Yapon yeni – 2,5%

– Digər valyutalar – 1,1%

Respublikaya cəlb edilmiş kreditlərin 46,5%-ni sabit dərəcə ilə olan kreditlər, 53,5%-ni isə dəyişkən dərəcə ilə olan kreditlər təşkil edib.

Xarici dövlət borcunun 43,9%-i 10 ilə qədər olan müddətdə, 52,3%-i 10 ildən 20 ilə qədər olan müddətdə, 3,8%-i isə 20 ildən yuxarı olan müddətdə kreditorlara qaytarılmalıdır. İmzalanmış kredit sazişləri üzrə cari ilin 3 ayı ərzində 255,9 mln. dollar məbləğində vəsait istifadə edilib.

Cari ilin 1 aprel tarixinə olan məlumatlara əsasən dövlətin daxili borcu 1 mlrd. 069,9 mln. manat təşkil edib.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər