10 C
Baku
Thursday, December 12, 2024

Bu kafe və restoranlar cərimələndi

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) pandemiya sahəsində müvafiq qanunvericiliyin icrasına nəzarət məqsədilə 2022-ci il fevralın 10-da ölkə üzrə 381 ictimai iaşə obyektində 674 monitorinq keçirilib.

Banker.az AQTA-ya istinadən xəbər verir ki, monitorinqlər zamanı 9 müəssisədə qanunvericiliyin tələblərinin kobud şəkildə pozulması faktları aşkar olunub. Aşkar edilmiş nöqsanlarla bağlı İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Pozuntular aşkar edilmiş ictimai iaşə müəssisələri aşağıdakılardır:

1. Bakı şəhəri, Yasamal rayonu, M.Şərifzadə ev.140K ünvanında yerləşən, fiziki şəxs Quliyev Hüseynağa Umud oğluna məxsus kafe;

2. Bakı şəhəri, Nizami rayonu, Q.Qarayev 65C ünvanında yerləşən, hüquqi şəxs “Başarı” MMC-yə məxsus “Antep Lahmacun” restoran;

3. Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları ev.22 ünvanında yerləşən, fiziki şəxs Ömərova Samirə Camal qızına məxsus kafe;

4. Bakı şəhəri, Xətai rayonu, Nobel pr.ev.25E ünvanında yerləşən, hüquqi şəxs “CP Group” MMC-yə məxsus kafe;

5. Sumqayıt şəhəri, 45-ci məhəllədə yerləşən, fiziki şəxs Məmmədov Namiq Əlikram oğluna məxsus “Tac” restoran;

6. Gəncə şəhəri, Həsən Əliyev ünvanında yerləşən, fiziki şəxs Xəyalə İsmayılova Zabit qızına məxsus “Epikur Bağı” kafe;

7. Gəncə şəhəri, Gəncə Küşəsi ev.13 ünvanında yerləşən, fiziki şəxs Səfixanov Cavad İlqar oğluna məxsus çay evi;

8. Göygöl rayonu, Quşqara ev.42 ünvanında yerləşən, fiziki şəxs Əliyeva Gültəkin Həsən qızına məxsus “Əriklik kafe”

9. Lənkəran şəhəri, Sütəmurdov kəndində yerləşən, fiziki şəxs Babayev İsrafil Fuad oğluna məxsus kafe.

Son xəbərlər
Digər xəbərlər