Faizlər qaldırılsa, iqtisadi aktivlik aşağı düşəcək.
Banker.az xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin keçirilən iclasında Mərkəzi Bankın sədri Taleh Kazımov deyib.
AMB sədri bildirib ki, uçot dərəcəsini yuxarı qaldırmaq iqtisadi aktivliyə təsir göstərəcək. Taleh Kazımov, həmçinin bildirib ki, hazırda Kənd Təsərrüfatı Nazirliyi ilə aktiv müzakirələr gedir.
“Kənd təsərrüfatı kreditlərinə dair yeni qaydalar hazırlayırıq. Həmçinin də girov tələblərinə yenidən baxırıq. Balanslaşdırılmış şəkildə riskləri nəzərə alaraq, yumşaldıcı addımlar atacağıq”, – deyə AMB sədri vurğulayıb.