10 C
Baku
Thursday, December 12, 2024

Bu məhsullar gömrük rüsumundan azad edildi

Azərbaycana velosiped istehsalı üçün idxal ediləcək ehtiyat hissələri 2 il müddətinə gömrük rüsumlarından azad edilib. Banker.az xəbər verir ki, sənədi Baş naziri  Artur Rasi-zadə imzalayıb.

Bu məsələ Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” qərarına edilən dəyişiklikdə nəzərdə tutulub.

Qərar 2 il ərzində qüvvədədir.

 

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 21 iyun tarixli 267 nömrəli qərarı ilə təsdiq edilmişdir.

Velosiped istehsalı məqsədi ilə gömrük rüsumlarından azad olunmaqla idxal edilən ehtiyat hissələrinin xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİFMN) üzrə

 S İ Y A H I S I

XİFMN üzrə kodu

Mal mövqelərinin adları

1

2

3917 32 000 0 Armaturlaşdırılmamış və ya ayrı materiallarla hər hansı bir formada birləşdirilməmiş, fitinqlərsiz velosipedlərin əyləc trosları üçün plastmasdan borucuqlar
3919 10 120 0 Eni 20 sm-dən çox olmayan rulonlarda vulkanlaşdırılmamış təbii və ya sintetik kauçukdan örtü ilə plastikləşdirilmiş polivinil-xloriddən və ya polietilendən zolaqlar və ya lentlər
3919 10 150 0 Eni 20 sm-dən çox olmayan rulonlarda vulkanlaşdırılmamış təbii və ya sintetik kauçukdan örtü ilə polipropilendən zolaqlar və ya lentlər
3919 10 190 0 Eni 20 sm-dən çox olmayan rulonlarda vulkanlaşdırılmamış təbii və ya sintetik kauçukdan örtü ilə digər zolaqlar və ya lentlər
3919 10 800 0 Eni 20 sm-dən çox olmayan rulonlarda digər plastmasdan digər örtü ilə zolaqlar və ya lentlər
3926 90 970 9-dan Plastmasdan velosiped bayraqları
4010 31 000 0-dan Velosipedlər üçün çevrəsinin uzunluğu 60 sm-dən çox olan, lakin 180 sm-dən artıq olmayan, tilli, en kəsiyi trapesşəkilli olan sonsuz ötürücü qayışlar (klinli qayışlar)
4011 50 000 0-dan Velosipedlər üçün təzə pnevmatik rezin şinlər
4012 90 900 0 Rezin çənbər lentləri
4013 20 000 0-dan Velosipedlər üçün rezin kameralar
4202 92 980 0-dan Üz səthi toxuculuq materiallarından olan velosiped əl açarları və ləvazimatları üçün futlyarlar
7009 10 000 0-dan Velosipedlər üçün arxa görünüş güzgüləri
7315 11 100 0-dan Velosipedlərdə istifadə edilən qara metallardan olan rolikli şarnir zəncirləri
7315 19 000 0-dan Velosipedlərdə istifadə edilən qara metallardan olan rolikli şarnir zəncirlərinin hissələri
7318 15 590 0 Xaçabənzər şlitsli başlıqlarla digər qara metallardan digər vintlər, boltlar, qaykaları və ya şaybaları ilə, dəstdə və ya onlarsız
7318 15 690 0 Digər qara metallardan daxili altıbucaqlı başlıqlarla digər vintlər və boltlar, qaykaları və ya şaybaları ilə, dəstdə və ya onlarsız
7318 15 810 0 Dartılma möhkəmliyi həddi 800 MPa-dan az olan digər qara metallardan altıbucaqlı başlıqlı boltlar, qaykaları və ya şaybaları ilə, dəstdə və ya onlarsız
7318 15 890 0 Dartılma möhkəmliyi həddi 800 MPa və ya daha çox olan digər qara metallardan altıbucaqlı başlıqlı digər boltlar, qaykaları və ya şaybaları ilə, dəstdə və ya onlarsız
7318 15 900 0 Digər vintlər və boltlar, qaykaları və ya şaybaları ilə, dəstdə və ya onlarsız
7318 16 100 0 Deşiyinin diametri 6 mm-dən çox olmayan, çubuqlardan, profillərdən və ya bütöv enkəsikli məftillərdən yonulmuş qara metallardan qaykalar
7318 16 500 0 Digər qara metallardan özüstoporlaşan (dayanan) qaykalar
7318 16 910 0 Daxili diametri 12 mm-dən çox olmayan digər qara metallardan qaykalar
7318 16 990 0 Daxili diametri 12 mm-dən çox olan digər qara metallardan qaykalar
7318 19 000 0 Qara metallardan yivlə təchiz edilmiş digər məmulatlar
7318 21 000 0 Qara metallardan yivsiz yaylı şaybalar və digər stopor şaybaları
7318 22 000 0 Qara metallardan yivsiz digər şaybalar
7318 23 000 0 Qara metallardan yivsiz pərçimlər
7318 24 000 0 Qara metallardan yivsiz şponlar və şplintlər
7318 29 000 0 Qara metallardan digər yivsiz məmulatlar
7604 21 000 0-dan Velosipedlərin təkər çənbərləri üçün alüminium ərintilərindən içi boş profillər
7604 29 900 0-dan Velosipedlərin təkər çənbərləri üçün alüminium ərintilərindən digər profillər
8204 11 000 0-dan Velosipedlər üçün aralanmayan əl qayka açarları
8301 40 900 0-dan Velosipedlər üçün qıfıllar
8307 10 000 9-dan Fitinqlərlə və onlarsız velosipedlər üçün qiymətsiz metallardan digər elastik borular
8306 10 000 0-dan Qiymətsiz metallardan velosiped zəngləri
8413 20 000 9-dan Velosipedlər üçün əl nasosları
8482 10 100 0 Ən böyük xarici diametri 30 mm-dən çox olmayan diyircəkli podşipniklər
8482 10 900 0 Digər diyircəkli podşipniklər
8501 20 000 0-dan Velosipedlər üçün gücü 37,5 Vt-dan çox olan dəyişən/sabit cərəyanlı universal mühərriklər
8501 31 000 9-dan Velosipedlər üçün gücü 750 Vt-dan çox olmayan digər sabit cərəyanlı mühərriklər və sabit cərəyanlı generatorlar
8501 32 000 9-dan Velosipedlər üçün gücü 750 Vt-dan çox olan, lakin 75 kVt-dan çox olmayan sabit cərəyanlı mühərriklər və sabit cərəyanlı generatorlar
8501 33 000 9-dan Velosipedlər üçün gücü 75 kVt-dan çox olan, lakin 375 kVt-dan çox olmayan sabit cərəyanlı mühərriklər və sabit cərəyanlı generatorlar
8504 40 550 0-dan Elektrik velosipedlərin akkumulyatorlarının yüklənməsi üçün qurğular
8507 60 000 9-dan Velosipedlər üçün litium-ionlu elektrik akkumulyatorlar
8507 80 000 9-dan Velosipedlər üçün digər elektrik akkumulyatorlar
8512 10 000 0-dan Velosipedlərdə istifadə olunan işıqlandırıcı və ya vizual siqnalizasiya cihazları
8714 91 100 0 8711 və 8712 mal mövqelərindəki velosipedlər üçün ramalar
8714 91 300 0 8711 və 8712 mal mövqelərindəki velosipedlər üçün qabaq haçalar
8714 91 900 0 8711 və 8712 mal mövqelərindəki velosipedlər üçün ramaların və qabaq haçaların hissələri
8714 92 100 0 8711 və 8712 mal mövqelərindəki velosipedlər üçün çənbərlər
8714 92 900 0 8711 və 8712 mal mövqelərindəki velosipedlər üçün millər
8714 93 100 0 8711 və 8712 mal mövqelərindəki velosipedlər üçün ötmə muftalarsız və ya əyləc qurğularsız çarx topları
8714 93 900 0 8711 və 8712 mal mövqelərindəki velosipedlər üçün ötmə muftalarının zəncir ulduzcuqları
8714 94 100 0 8711 və 8712 mal mövqelərindəki velosipedlər üçün sərbəst hərəkətli çarx topları və vtulkalı əyləclər
8714 94 300 0 8711 və 8712 mal mövqelərindəki velosipedlər üçün digər əyləclər
8714 94 900 0 8711 və 8712 mal mövqelərindəki velosipedlər üçün əyləclərin, sərbəst hərəkətli əyləc çarx toplarının və vtulkalı əyləclərin hissələri
8714 95 000 0 8711 və 8712 mal mövqelərindəki velosipedlər üçün yəhərlər
8714 96 100 0 8711 və 8712 mal mövqelərindəki velosipedlər üçün pedallar
8714 96 300 0 8711 və 8712 mal mövqelərindəki velosipedlər üçün əyrişip mexanizmləri
8714 96 900 0 8711 və 8712 mal mövqelərindəki velosipedlər üçün pedalların və əyrişip mexanizmlərinin hissələri
8714 99 100 0 8711 və 8712 mal mövqelərindəki velosipedlər üçün sükanlar, tutacaqlar
8714 99 300 0 8711 və 8712 mal mövqelərindəki velosipedlər üçün yük yerləri
8714 99 500 0 8711 və 8712 mal mövqelərindəki velosipedlər üçün sürət dəyişdirici qurğular
8714 99 900 0 8711 və 8712 mal mövqelərindəki velosipedlər üçün digərləri; hissələr
9029 20 310 0-dan Velosipedlər üçün spidometrlər
9503 00 100 0-dan Uşaqlar üçün üçtəkərli velosipedlərin hissələri

 

Son xəbərlər
Digər xəbərlər