Bu ilin yanvar ayında əczaçılıq məhsullarına ölkədə xərclənən pul, həm də xaricdən alışı artıb.
Banker.az Dövlət Gömrük Komitəsinin açıqladığı hesabata istinadən xəbər verir ki, Azərbaycana yanvarda 41 milyon 958 min ABŞ dolları dəyərində 3 min 320 ton əczaçılıq məhsulları idxal olunub. İllik müqayisədə bu, 11 milyon 707 min ABŞ dolları (38.7%) və ya 1 717 ton çoxdur.
Qeyd edək ki, yanvar ayında əhali əczaçılıq məhsullarına 69 milyon manat xərcləyib. Bu göstərici də ötən illə müqayisədə 40.1% artıb.