23 C
Baku
Thursday, April 25, 2024

Bu məhsulların alışına görə Azərbaycandan 268 milyon dollar valyuta çıxıb

2022-ci ilin 7 ayı ərzində  (yanvar-iyul) Azərbaycandan statistik dəyəri 267 milyon 899 min dollar olan 119 min 125 ton plastmassa və onlardan hazırlanan məmulatlar ixrac edilib.

Banker.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, 2021-ci ilin 7 ayı ilə müqayisədə Plastmassa və onlardan hazırlanan məmulatların ixracı dəyər ifadəsilə 34% artıb, miqdar ifadəsilə 24% artıb.

Ötən ilin eyni dövründə Azərbaycandan 200 milyon 431 min dollar dəyərində 96 min 74 ton Plastmassa və onlardan hazırlanan məmulatlar ixrac edilmişdi.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər