13 C
Baku
Monday, May 6, 2024

Bu məhsulun ixracı Azərbaycana 100 milyon dollar valyuta gətirdi – RƏSMİ

Azərbaycandan ixrac olunan polietilenin dəyəri bu ilin yanvar-iyul ayları ərzində 100 milyon 368 min ABŞ dolları təşkil edib. İxrac edilən polietilen 97 340 ton olub.

Banker.az Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən xəbər verir ki, illik müqayisədə ixrac olunmuş bu məhsulun dəyəri 25%, miqdarı isə 2 dəfə artıb.

Hesabat dövründə Azərbaycanın qeyri-neft sektoru üzrə ixracında polietilen ixracı 5% paya malik olub.

Qeyd edək kki, ötən ilin eyni dövründə Azərbaycan 83 milyon 518 ABŞ dolları dəyərində 60 684 ton polietilen ixrac edib.

Son xəbərlər
 ⁠
Digər xəbərlər