13 C
Baku
Thursday, April 18, 2024

Bu məsələyə AMB və Palata ilə yanaşı bu qurum da nəzarət edəcək

Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 1 iyul tarixli 463 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Hüquqi aktların Azərbaycan Respublikasının Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsi qaydaları haqqında Əsasnamə”nin 5.2-ci bəndində “və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının” sözləri “, Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının və Azərbaycan Respublikası Maliyyə Monitorinqi Xidmətinin” sözləri ilə əvəz edilib.

Banker.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı sərəncamda deyilir.

Qeyd edək ki, buna qədər həmin fərmanın 5.2.-ci bəndində  “Ədliyyə Nazirliyi bu Əsasnamənin 4.4-cü bəndində nəzərdə tutulmuş müddətdə ləğv edilməmiş, həmçinin bu Əsasnamənin 5.1-ci bəndinin ikinci cümləsində nəzərdə tutulmuş müddətdə Dövlət Reyestrinə daxil edilmək üçün təqdim olunmamış mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktları, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının, maliyyə bazarları tənzimləyicisinin (Azərbaycan Respublikası Mərkəzi Bankının və Azərbaycan Respublikası Maliyyə Bazarlarına Nəzarət Palatasının), Məhkəmə-Hüquq Şurasının, Milli Televiziya və Radio Şurasının və yerli icra hakimiyyəti orqanlarının normativ xarakterli aktları barədə dərhal Azərbaycan Respublikasının Prezidentinə məlumat verir, yerli özünüidarə orqanlarının qərarlarının etibarsız sayılması barədə məhkəməyə müraciət edir.” kimi qeyd edilirdi.

Son xəbərlər
Digər xəbərlər