23 C
Baku
Saturday, April 27, 2024

Bu marşrut üzrə gediş haqqı azaldıldı

2 iyun tarixindən 132 nömrəli müntəzəm marşrut xətti (Əhmədli m/s – Hövsan qəsəbəsi) üzrə hərəkət edən avtobuslarda gediş haqqı “BakıKart” vasitəsilə ödəniləcək.

Banker.az xəbər verir ki, Bakı Nəqliyyat Agentliyindən verilən məlumata görə, 132 nömrəli müntəzəm marşrut üzrə gediş haqqı 0,35 manat müəyyən edilib. Bundan öncə marşrut üzrə gediş haqqı 40 qəpik idi.

Qeyd edək ki, hazırda Bakı şəhərində ümumilikdə 83 müntəzəm marşrut xəttində gediş haqqının ödənişi “BakıKart” vasitəsilə nağdsız formada həyata keçirilir.

MənbəApa
Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər