16 C
Baku
Friday, November 22, 2024

Bu maşınların Gürcüstana gətirilməsi qadağan edilir

Gürcüstanda 2013-cü ilədək istehsal edilmiş avtomobillərin ölkəyə idxalı qadağan edilir.

Bu barədə Gürcüstanın Baş naziri İrakli Qaribaşvili bildirib.

Onun sözlərinə görə, 2024-cü il yanvarın 1-dən istehsal müddəti 2013-cü ilədək olan minik avtomobillərinin ölkəyə idxalı məhdudlaşdırılacaq.

Bu qadağa avtobus və yük maşınlarına da tətbiq ediləcək. Belə ki, 2025-ci il yanvarından 1-dən istehsal müddəti 2013-cü ilədək olan avtobus və yük maşınlarının da ölkəyə idxalı qadağan olunacaq.

“Bu gün əsas problemlərdən biri havanın çirklənməsidir ki, bu da bir çox nasaz nəqliyyat vasitələri ilə bağlıdır. Bu səbəbdən, 2013-cü ildən əvvəl istehsal olunmuş avtomobillərin idxalı məhdudlaşdırılacaq”, – deyə Qaribaşvili vurğulayıb.

Son xəbərlər
Digər xəbərlər