6 C
Baku
Saturday, December 14, 2024

“Bu müsbət haldır”: ABB hökumətin gözləntisindən daha çox dividend ödədi

2021-ci ildə səhmlərində dövlətin payı olan müəssisələrdən alınan dividendlər üzrə daxilolmalarin əvvəlki ilə nisbətən 110.2 dəfə artıq olmasının əsas səbəbi ABB (“Azərbaycan Beynəlxalq Bankı” ASC) üzrə 2021-ci ilin dövlət büdcəsində son illərdə ilk dəfə olaraq 120 mln. manat məbləğində dividend nəzərdə tutulması və həmin proqnozun 100.7% yerinə yetirilərək, 120 milyon 824.2 min manat dividendin dövlət büdcəsinə ödənilməsi olmuşdur.

Bu barədə Banker.az Hesablama Palatasının 2021-ci il dövlət büdcəsinin icrası haqqında rəyinə istinadən xəbər verir.

“Əvvəlki illərdə tərəfimizdən verilmiş Rəylərdə qeyd edildiyi kimi, səhmlərinin nəzarət zərfinin 95.15%-i dövlətə məxsus olan ABB-nin son illərin maliyyə nəticələrini xalis mənfəətlə başa vurmasına baxmayaraq, dövlət büdcəsində qeyd olunan mənbə üzrə müvafiq dividend məbləği proqnozlaşdırılmamış, lakin xalis mənfəət əldə etməsilə əlaqədar səhmdarların ümumi yığıncağının qərarına əsasən dövlət büdcəsinə müvafiq dividend məbləğinin ödənilməsi qərara alınsa da, həmin məbləğ düzgün olmayaraq Dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondundan ödənilməli olan qiymətli kağızlar üzrə yaranmış borc öhdəliklərinin əvəzləşdirilməsinə yönəldilmişdir”- deyə, məlumatda deyilir.

2021-ci ildə Hesablama Palatasının Rəyində də qeyd olunan uyğunsuzluğun aradan qaldırılması və ABB üzrə dövlət büdcəsində son illərdə ilk dəfə olaraq 120 mln. manat məbləğində dividendin nəzərdə tutulması müsbət hal kimi qiymətləndirilir.

3423234234

Son xəbərlər
Digər xəbərlər