-3 C
Baku
Sunday, December 15, 2024

Bu Nazirliyə daxil olan strukturlarda işçilərin say həddi müəyyənləşib – FƏRMAN

Prezident İlham Əliyev “Azərbaycan Respublikasında nəqliyyat, rabitə və yüksək texnologiyalar sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” fərman imzalayıb.

Banker.az xəbər verir ki, fərmana əsasən, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Aparatının işçilərinin say həddi 190 ştat vahidi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin işçilərinin say həddi 48 ştat vahidi, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Elektron Təhlükəsizlik Xidmətinin işçilərinin say həddi 30 ştat vahidi müəyyən edilib.

Müəyyən edilib ki, Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyinin direktorunu Azərbaycan Respublikasının Prezidenti vəzifəyə təyin və vəzifədən azad edir.

Nazirlər Kabineti bu fərmandan irəli gələn məsələləri həll etməlidir.

 

 

Son xəbərlər
Digər xəbərlər