Səhiyyə Nazirliyinin vəzifələri artırılıb.
Banker.az xəbər verir ki, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamə” dəyişiklik edilib.
Nazirliyin vəzifələri sırasına orqan donorluğu və transplantasiya sahəsində “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında” qanuna uyğun olaraq tədbirlər görmək, o cümlədən bu sahədə əhalinin məlumatlandırılmasını təmin etmək, orqan donorluğu və transplantasiya prosesinin monitorinqini həyata keçirmək, eləcə də vahid uçot aparılması məqsədilə donorların, resipiyentlərin və donor orqanların vahid dövlət informasiya bazasını yaratmaq da əlavə edilib.