Xorvatiya Prezidenti Zoran Milanoviç Ukrayna hərbçilərinin ölkəsində təlim keçirməsinə icazə verməyəcəyini açıqlayıb.
Bu haqda Milanoviç Ukrayna əsgərlərinin Xorvatiyada təlim keçirəcəyi xəbərini dəyərləndirən zaman danışıb.
Prezident ölkəsinin heç bir şəkildə Rusiya-Ukrayna müharibəsinə qarışmasını istəmədiyini deyib:
“Xorvatiyanın ehtiyac olandan çox müdaxilə etməsini istəmirəm. Ukrayna ilə həmrəyik. Bu qədər”.
Xorvatiyadakı təlimi “müharibənin öz ərazisinə gətirilməsi” kimi qiymətləndirən Milanoviç, “Ölkə lideri olaraq buna icazə verməyəcəyəm. Şəxsən mən Xorvatiyanın Ukrayna əsgərlərinin təlim keçəcəyi ölkələrdən biri olması ilə bağlı hər hansısa təklif eşitməmişəm, bunu əvvəlcədən deyim”, qeyd edib.