1 C
Baku
Saturday, December 14, 2024

Bu qurumların işçilərinin maaşı artırıldı

Banker.az xəbər verir ki, Baş nazir Əli Əsədov aşağıdakı qurumların işçilərinin orta aylıq vəzifə maaşının artırılması ilə bağlı qərar imzalayıb:

  • Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin və Aparatının,
  • AMEA-nın Gəncə bölməsinin aparatının,
  • Heydər Əliyev Mərkəzinin,
  • Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun,
  • Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin,
  • Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun,
  • “Azərbaycan Milli Ensiklopediyası” Elmi Mərkəzinin, Azərbaycanda Atatürk Mərkəzinin,
  • Azərbaycan Respublikasının Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupun,
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Dövlət Film Fondunun,
  • Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin Aparatı,
  • Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Elm Tədris Mərkəzi,
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin Mədəniyyət üzrə Elmi Metodiki və İxtisasartırma Mərkəzinin,
  • Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində olan Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin,
  • Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyinin Aparatının,
  • Azərbaycan Respublikasının dövlət arxivlərinin və onların filiallarının, rayon (şəhər) dövlət arxivlərinin,
  • Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin və Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin,
  • Azərbaycan Respublikası Təhsil Nazirliyinin Ərazi Maliyyə Hesablaşma Mərkəzinin,
  • Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyindəki Bakı Şəhər Məktəbəqədər təhsil müəssisələri və uşaq evləri İdarəsinin,
  • Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin Milli Kulinariya Mərkəzinin,
  • İcra hakimiyyəti orqanlarının nəzdindəki mərkəzləşdirilmiş mühasibatlıq  işçiləri.

 

Son xəbərlər
Digər xəbərlər