Naxçıvan Muxtar Respublikasının Kəngərli rayonuna prokuror təyin edilib.
Banker.az Trend.aza istinadən xəbər verir ki, Baş Prokurorun əmri ilə Naxçıvan Muxtar Respublikasının Kəngərli rayon prokuroru vəzifəsini icra edən İlqar Rzayev həmin vəzifəyə təyin olunub.
Qeyd edək ki, 2008-ci ildə müsabiqə yolu ilə prokurorluq orqanlarında qulluğa qəbul olunan İlqar Rzayev əvvəllər Naxçıvan Şəhər Prokurorluğunun müstəntiqi və böyük müstəntiqi, Naxçıvan Muxtar Respublikası Prokurorluğunda şöbə prokuroru vəzifələrində işləyib.