11 C
Baku
Wednesday, December 11, 2024

Bu rayonlarda hələ də başçı yoxdur

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev bu gün üç rayona yeni icra başçısı təyin edib.

Ölkə başçısının imzaladığı sərəncamlara əsasən, Masallı Rayon İcra Hakimiyyətinin başçısı Şahin Məmmədov vəzifəsindən azad olunub, onun yerinə Araz Əhmədov gətirilib. Başçı postu boş olan Göygöl və Lerik rayonlarına isə müvafiq olaraq Elvin Paşayev və Əkbər Abbasov təyinat alıblar.

Yeni təyinatlardan sonra iki rayonun icra başçısı postu hələ də boşdur. Həmin rayonlar haqqında məlumatları təqdim edirik:

Gədəbəy

2018-ci ildən Gədəbəy rayonunu idarə edən İbrahim Mustafayev 2021-ci il oktyabrın 5-də vəzifəsindən azad edilərək, Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin müdir müavini vəzifəsinə təyinat alıb. Ötən ildən bəri Gədəbəyə başçı təyinatı həyata keçirilməyib.

Göyçay

Göyçay rayonu fevralın 28-dən bu günə də qədər icra başçısının birinci müavininin idarəçiliyindədir. Belə ki, Mehdi Səlimzadə Prezidentin sərəncamı ilə Göyçay Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Bundan bir müddət sonra Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin qanun pozuntuları ilə bağlı Göyçay Rayon İcra Hakimiyyətində yoxlama apardığı haqqında məlumatlar yayılıb. Araşdırmalar nəticəsində başçının köməkçisi Vahid İsayev həbs edilib və məhkəmə qarşısına çıxarılaraq 4 aylıq azadlıqdan məhrum olunub.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər