17 C
Baku
Saturday, May 4, 2024

Bu rayonların qaz təchizatında fasilə yaranacaq

Bu gün Qaradağ, Binəqədi və Abşeron rayonlarının bir hissəsində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Bu barədə Azəriqaz İstehsalat Birliyindən bildirilib.

Məlumata görə, “Pirəkəşkül” QPS-də separatorun demontaj olunması, yeni çəkilmiş qaz xətlərinin qaz təchizatı mənbəyinə birləşdirilməsi ilə əlaqədar 13.10.2023-cü il tarixdə saat 09:30-dan işlər başa çatanadək“Pirəkeşkül QPS qolu” yüksək təzyiqli qaz kəmərindən qaz təchizatının dayandırılması planlaşdırılır.

Təmir-quraşdırma işləri aparılan müddətdə Qaradağ rayonunun Qaçqınlar şəhərciyi və Müşfiqabad qəsəbəsinin, Binəqədi rayonunun 28 May qəsəbəsinin, Abşeron rayonunun Çaylı-Qobustan yaşayış massivinin, həmçinin Abşeron rayonu ərazisində fəaliyyət göstərən bir neçə sənaye müəssisəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər