21 C
Baku
Monday, April 29, 2024

Bu rayonun qaz təchizatında fasilə yaranacaq

Bu gün Ucar rayonunun qaz təchizatında fasilə yaranacaq.

Bu barədə “Azəriqaz” İstehsalat Birliyinə istinadən xəbər verir.

Məlumata görə, “Ucar” və “Lək 1-ci xətt” qaz ölçü qovşaqlarından qidalanan kollektorlarda görüləcək təmir işləri, eləcə də Qəzyan, Xalac və Lək qaz xətləri üzərində olan siyirtmələrin təmiri ilə bağlı “Ucar” ölçü qovşağından qidalanan “Əhali” orta təzyiqli qaz xəttindən və “Lək 1-ci xətt” ölçü qovşağından 27.10.2023-cü il tarixdə saat 09:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri görülən müddətdə Ucar şəhəri daxil olmaqla rayon üzrə əhali qrup istehlakçılarının qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

MənbəAPA
Son xəbərlər
 ⁠
Digər xəbərlər