“Qaz İxrac” İdarəsinə məxsus “Qazıməmməd-Qazax” 2-ci xətt yüksək təzyiqli magistral qaz kəmərindən qidalanan “Kür” QPS-ə yeni çəkilmiş yüksək təzyiqli qaz kəməri qolunun qaz nəqli sisteminə birləşdirilməsi ilə bağlı, bu gün saat 10:00-dan etibarən təmir işləri başa çatanadək “Kür” QPS-dən qidalanan “Kür qəsəbəsi” və “Kür Sənaye” ölçü qovşaqlarından qaz təchizatının dayandırılması planlaşdırılır.
“Azəriqaz” İB-dən bildirilib ki, təmir işləri aparılan müddətdə Şəmkir rayonunun bir hissəsinin (Kür və Səməd Vurğun qəsəbələri, Mahmudlu, Keçili, Yeniabad, Qapanlı kəndləri olaraq 6 yaşayış massivi) qaz təchizatında müvəqqəti fasilə yaranacaq.