Avqust ayının ilk hərracında səhmdar cəmiyyəti özəlləşdirilib.
Banker.az Əmlak Məsələləri Dövlət Xidmətinə istinadən xəbər verir ki, avqustun 2-də keçirilən hərracda “Lənkəran Taxıl” ASC-nin dövlətə məxsus səhm paketi özəlləşdirilib. Adıçəkilən səhmdar cəmiyyətin 29.95%-lik səhm paketi 26 043 manata satılıb.
Məlumat üçün bildiririk ki, kiçik dövlət müəssisəsi və nəqliyyat vasitəsi üzrə cari ayda növbəti hərraclar avqustun 9, 16, 23, 30-da keçiriləcək.