10 C
Baku
Friday, December 13, 2024

Bu şəxslərə birdəfəlik ödənişlər üçün 120 milyon manat sərf ediləcək 

1991-1997-ci illərdə müharibədə və cəbhə xəttində xəsarət alan şəxslərə birdəfəlik ödənişlərin ödənilməsi ilə bağlı hazırlıq işləri aparılır.

Bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Himalay Məmişov postmüharibə dövründə şəhid ailələrinin üzvlərinin və müharibə iştirakçılarının sosial ödənişlərlə təminatı sahəsində aparılan işlərə dair mətbuat konfransında deyib.

O qeyd edib ki, bu islahatın maliyyələşdirilməsinə 120 milyon manatın sərf edilməsi nəzərdə tutulur:

“Birdəfəlik ödənişlərin verilməsi ilə bağlı qaydalar hazırlanaraq, yuxarı dövlət orqanlarıma təqdim olunub. Ödənişlərin elektron qaydada həyata keçirilməsi nəzərdə tutulur. Sənədləri sistemə daxil edilməyən şəxslərin məlumatları isə kağız üzərində müraciətlərin həyata keçirilməsi təmin olunacaq, həmin şəxslərə şərait yaradılacaq ki, öz müraciətlərini DSMF-nin yerli bölmələrinə vəya DOST mərkəzlərinə təqdim etsinlər”.

 

 

Son xəbərlər
Digər xəbərlər